Mərkəzi Bank kotirovka sorğusu elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı Mərkəzi Bankın adına daxil olan və adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması xidmətinin satınalınması, inzibati binalarda təmir-bərpa işlərinin görülməsi, Bakı şəhəri M.Seyidov küçəsi 20 A ünvanında yerləşən inzibati binanın mühafizəsinin təşkil edilməsi ilə bağlı kotirovka sorğusu elan edir.

Qeyd edək ki, kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 25 sentyabr 2017-ci il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 26 sentyabr 2017-ci il saat 10.00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.

Kotirovka sorğusu haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır