Mərkəzi Bankın Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib

24 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101773S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.3053 AZN (8.99%) ilə 99.3625 AZN (8.24%) arasında olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 285,624,600.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3053 AZN (8.99%), orta ölçülmüş qiyməti 99.3117 AZN (8.91%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 285,624,600.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 22.05.2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır