Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

27 Fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100973S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 853,510,100.00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilib.

Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300, 000, 000. 00 AZN təşkil edib.

Notların ödəmə tarixi 27.03.2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır