27 mart 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101373S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.3065 AZN (8.98%) ilə 99.4581 AZN (7.01%) arasında olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 359,436,000.00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3065 AZN (8.98%), orta ölçülmüş qiyməti 99.3220 AZN (8.78%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300,000,000.00 AZN təşkil edib.
Notların ödəmə tarixi 24.04.2019-cu ildir.