Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.
Məcmu kapitalın adekvatlığını təmin etmək məqsədilə bankda kapitalın və müvafiq risklərin idarə edilməsi prosesləri fəaliyyətinin xüsusiyyəti, həcmi və mürəkkəbliyi nəzərə alınmaqla məcmu kapitalın qiymətləndirilməsi prosesinin səmərəliliyi, məcmu kapitalın əsas risklərin səviyyəsi ilə düzgün əlaqələndirilməsi, qiymətləndirmə zamanı istifadə edilən məlumatların dürüstlüyü və dolğunluğu, qiymətləndirmə zamanı istifadə olunan fərziyyə, model və ssenarilərin əsaslandırılması və etibarlılığı üzrə təhlil edilir.
Bank məcmu kapitalın adekvatlıq əmsalım 10 (on) faizdən və I dərəcəli kapitalın adekvatlıq əmsalını 5 (beş) faizdən az olmayan səviyyədə saxlamalıdır.
2018-ci ilin II rübü üçün məcmu kapitalın adekvatlıq əmsalına görə (min.10%) Pakistan Milli Bankı NBP Bakı filialı, Naxçıvanbank və Bank Melli İran Bakı filialı ilk üç yeri tutur.
Sıra | Bank | 2018 I Rüb Məcmu kapitalın adekvatlıq əmsalı (min. 10%) |
2018 II Rüb Məcmu kapitalın adekvatlıq əmsalı (min. 10%) |
1 | Pakistan Milli Bankı NBP Bakı filialı | 291.5% | 342.7% |
2 | Naxçıvanbank | 126.5% | 128.1% |
3 | Bank Melli İran Bakı filialı | 128.4% | 124.2% |
4 | Bank Avrasiya | 63.4% | 63.0% |
5 | Bank VTB (Azərbaycan) | 35.4% | 38.8% |
6 | Günay Bank | 36.7% | 34.2% |
7 | AFB Bank | m/y | 28.7% |
8 | Azər Türk Bank | 28.6% | 28.0% |
9 | Ziraat Bank Azərbaycan | 26.7% | 27.4% |
10 | Rabitəbank | 32.0% | 27.0% |
m/y – Məlumat yoxdur.