Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldımasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir. Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapitala yönəldilən vəsaitlər (investisiyalar) pul şəklində ödənilməlidir.
Bəs məcmu kapital necə hesablanır? Məcmu kapital I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqi əsasında hesablanır. Məcmu kapital = I dərəcəli kapital – I dərəcəli kapitaldan”tutulmalar” + II dərəcəli kapital – məcmu kapitaldan “tutulmalar”.
I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği (aparılan “tutulmalardan” sonra) bankın hesablanmış məcmu kapitalından 50 faizdən az olmamalıdır.
II dərəcəli kapital isə əlavə kapitaldır. Bankın hesablanmış məcmu kapitalında II dərəcəli kapitalın məbləği I dərəcəli kapitalın məbləğindən (aparılan “tutulmalardan” sonra) çox olmamalıdır. Bundan artıq olan hissə məcmu kapitalın hesablanması zamanı nəzərə alınmır.
Bankın məcmu kapitalının minimum miqdarı isə 50 (əlli) milyon manat məbləğindədir..
2018- ci ilin II rübü üçün məcmu kapitalın həcminə görə Azərbaycan Beynəlxalq Bankı (888.9 mln.manat ), PAŞA Bank (368.9 mln.manat), Xalq Bank (273.5 mln.manat) ilk üç yeri tutub (cədvəl 1).
Cədvəl 1.
Sıra | Bank | 2018 I Rüb Məcmu kapital, mln. manat |
2018 II Rüb Məcmu kapital, mln. manat |
1 | Azərbaycan Beynəlxalq Bankı | 795.2 | 888.9 |
2 | PAŞA Bank | 414.3 | 368.9 |
3 | Xalq Bank | 265.2 | 273.5 |
4 | Kapital Bank | 230.0 | 252.6 |
5 | Expressbank | 140.9 | 140.9 |
6 | AtaBank | 142.1 | 139.7 |
7 | Silk Vey Bank | 124.8 | 125.5 |
8 | Rabitəbank | 105.3 | 100.4 |
9 | Azərbaycan Sənaye Bankı | 85.5 | 87.0 |
10 | Unibank KB | 71.4 | 79.8 |
Tutulmalardan sonra məcmu kapitalın həcminə görə Azərbaycan Beynəlxalq Bankı (761.8 mln.manat ), Xalq Bank (271.1 mln.manat) və Kapital Bank (247.1 mln.manat) digər bankları üstələyib (cədvəl 2).
Cədvəl 2.
Sıra | Bank | 2018 I Rüb Məcmu kapital (tutulmalardan sonra), mln. manat | 2018 II Rüb Məcmu kapital (tutulmalardan sonra), mln. manat |
1 | Azərbaycan Beynəlxalq Bankı | 672.0 | 761.8 |
2 | Xalq Bank | 262.9 | 271.1 |
3 | Kapital Bank | 225.3 | 247.3 |
4 | PAŞA Bank | 265.0 | 219.6 |
5 | Expressbank | 140.9 | 140.9 |
6 | AtaBank | 141.7 | 139.3 |
7 | Silk Vey Bank | 124.8 | 125.5 |
8 | Rabitəbank | 104.8 | 99.9 |
9 | Azərbaycan Sənaye Bankı | 79.7 | 84.8 |
10 | Unibank KB | 70.4 | 78.8 |