Səudiyyə Ərəbistanının Mədinə şəhərində yüngül sənaye və əl işləri üzrə beynəlxalq sərgi keçiriləcək.
Sərgi cari ilin 26 noyabr – 2 dekabr tarixlərində baş tutacaq.
Sərgi İƏT-ə üzv dövlətlərin yüngül sənaye və əl işləri sektorlarının (mebel, dekorasiya, dizayn xidmətləri, məişət avadanlıqları və elektrik cihazlar, döşəmə və divar örtükləri, dulusçuluq, dəri emalı, əl işləri, bijuteriya, tekstil və geyim) nümayəndələrini bir araya gətirəcək.
Sərgi ilə bağlı daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.