Məhsul istehsalı 9% artıb

2018-ci ilin yanvar ayında 3,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5 % çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7 % artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Sənaye məhsulunun 75,9 %-i mədənçıxarma sektorunda, 19,1 %-i emal sektorunda, 4,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,2 %, əmtəəlik qaz hasilatı isə 5,9 % azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır