Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Bu fərmanla  “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

1.1. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (bundan sonra – Agentlik) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən yaradılmış, bu Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bunlarla əlaqədar onun sərəncamına verilmiş torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində (bundan sonra – müvafiq sahə) siyasətin həyata keçirilməsində iştirak edən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

1.5. Agentlik sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Agentliyin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

Nizamnamə haqqında daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır