10 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının 1,000,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100158S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, sözügedən notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti isə 28 gündür.