Mərkəzi Bank 100 mln. manat vəsait cəlb edəcək

Azərbaycan  Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb. Məlumata görə, hərrac 3 iyul 2017-ci il tarixində keçiriləcək. Saat 11.00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 1oo mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 10,01% – 14,99% aralığındadır.

Qeyd edək ki, hibrid hərrac formasında olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır