Mərkəzi Bank 2018-ci il üçün pul siyasətini açıqlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankı 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi 2018-ci ildə Mərkəzi Bankın pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəldilmiş siyasət davam edəcək.

Hökumətin son proqnozlarına görə, 2018-ci ildə real artım tempi ümumi ÜDM (Ümumi Daxili Məhsul) üzrə 1.5%, qeyri-neft sektoru üzrə isə 2.9% olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır