Mərkəzi Bank 50 milyon manatlıq not buraxır

03 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, sözügedən notların tədavül müddəti 27 gündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır