Mərkəzi Bank “Risklərin idarə edilməsi departamenti”nə IT mütəxəssis axtarır.
Vəzifə tələbləri
Azərbaycan dili | Əla səviyyədə |
İngilis dili | Yaxşı səviyyədə |
MS Office proqramları | Yaxşı səviyyədə |
Şəbəkə və servis proqramları | Yaxşı səviyyədə |
Əməliyyat sistemləri | Yaxşı səviyyədə |
Risklərin və ya biznes davamlığının idarə edilməsi | Bakalavr |
Tətbiqi riyaziyyat | Bakalavr |
İT idarəetmə | Bakalavr |
İnformasiya texnologiyaları | Bakalavr |
COBIT, ISACA, ITIL və ya İT üzrə İSO standartlarına dair biliklər | Yaxşı səviyyədə |
İT audit sahəsində | 1 ildən çox |
İnformasiya texnologiyaları sahəsində | 1 ildən çox |
İnformasiya təhlükəsizliyi sahəsində | 1 ildən çox |
Əlavə bilik və bacarıqlar
Analitik təhlil etmə və hesabat tərtib etmə, ünsiyyət qurmaq və kollektiv mühitdə işləmək bacarıqları. |
Test mövzuları
Mövzu | |||
1 | Məntiq | ||
2 | Əməliyyat riskləri | ||
3 | AİS-lərin qurulması üzrə layihələndirmənin təşkili | ||
4 | Servis proqram təminatları | ||
5 | İT audit | ||
6 | İnformasiya təhlükəsizliyi | ||
7 | Əməliyyat sistemləri | ||
8 | İngilis dili | ||
Vəzifə öhdəlikləri
1. Mərkəzi Bankda İT və sistem xarakterli əməliyyat risklərinin aşkar edilməsi və qiymətləndirilməsi prosesləri çərçivəsində risk menecment alətlərini tətbiq etmək;
2. Mərkəzi Bankda Biznes Davamlığının İdarə Edilməsi fəaliyyətinin təkmilləşdirilməsi prosesində iştirak etmək; 3. Struktur bölmələrdən İT və sistem xarakterli əməliyyat risklərinin idarə edilməsi prosesinin nəticələrinə dair hesabatları toplamaq, onları təhlil etmək, prosesin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq, həmin təkliflərin struktur bölmələr tərəfindən icrasına nəzarət etmək; 4. Aidiyyəti struktur bölmələrin Risk Koordinatorlarına və əlaqədar əməkdaşlara İT və sistem xarakterli əməliyyat risklərinin idarə edilməsi sahəsində metodoloji və praktiki dəstək göstərmək, onların təlimini həyata keçirmək; 5. Risklərin idarə edilməsi sahəsindəki beynəlxalq təcrübəni daim araşdırmaq, beynəlxalq təşkilatların və xarici ölkələrin mərkəzi banklarının RİE fəaliyyətini izləmək, onlarla əməkdaşlıq etmək, müvafiq arayışlar və təkliflər hazırlamaq. |