10 aprel – 12 may tarixlərində Mərkəzi Bank ölkənin aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Mərkəzi Bankçılıq və maliyyə savadlılığı” mövzusunda təlim keçirib.
Azərbaycan Diplomatiya Akademiyasının və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə keçirilən təlimlərdə əsas məqsəd media nümayəndələrinin KİV-də aktual olan və Mərkəzi Bankın missiyası ilə əlaqəli olan müxtəlif iqtisadi mövzulara dair biliklərini zənginləb.şdirmək, ölkədə aparılan iqtisadi islahatlara və müxtəlif iqtisadi mövzulara dair xəbərlərin ictimaiyyətə daha peşəkar ötürülməsini təmin etməkdən ibarət olub.
Mövzuların lazımi səviyyədə çatdırılması üçün seminarlar interaktiv şəkildə aparılıb, praktiki nümunələrlə, yığım oyunu ilə dəstəklənmiş və jurnalistlərin mövzulara dair sualları cavablandırılıb.
Yekunda təlimdə əhatə olunmuş mövzulara dair qiymətləndirilmə aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.