Mərkəzi Bank kotirovka sorğusu elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Bankın Regional Mərkəzlərinə məxsus inzibati binalarda təmir-bərpa işlərinin görülməsi və Bank tərəfindən geyim ləvazimatlarının satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.

BBN.az xəbər verir ki, 1-ci məsələ üzrə iştirak haqqı 30 manatdır. İştirak etmək istəyən iddaçılar iştirak haqqını Mərkəzi Bankın hesabına köçürməlidir.

Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 01 may 2018-ci il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 02 may 2018-ci il saat 15.00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır