Mərkəzi Bank müsabiqə elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı əhalinin maliyyə maarifləndirilməsi istiqamətində bir çox tədbirlər keçirir. Bu tədbirlərin reallaşdırılmasında əsas məqsəd əhalinin maliyyə savadlılığının yüksəldilməsidir.

Bu məqsədə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsini aşağıdakı mövzular üzrə elan edir.

  • maliyyə savadlılığı və onun effektiv tədrisi yolları
  • gənclərin maliyyə maarifləndirilməsi üçün metod və yanaşmalar
  • maliyyə maarifləndirilməsinin insanların maliyyə davranışlarına təsiri

Müsabiqə iştirakçıları təqdim olunmuş məqalələrin mövzusu üzrə 2017-ci ilin fevral-aprel ayları ərzində aşağıdakı qaydada aprobasiya keçməli və  bu barədə məlumatlar təqdim olunmalıdır:

  • Yığıncaq və seminarlarda, ictimaiyyətlə görüşlərdə, geniş auditoriyalarda çıxışlar
  • Elmi-kütləvi çıxışlar
  • Televiziya, radio, internet-Tv-lərdə çıxışlar
  • KİV-lərdə müsahibələr, yazılar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır