Mərkəzi Bank nağdsız ödənişlər üzrə lider bankların adını açıqlayıb

Nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən bankların mükafatlandırılma mərasimi keçirilib.

Bu haqda BBN.az-a ABA-dan məlumat verilib.

Məlumata əsaəsən, AMB-nin təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2016-cı ildə nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi və aktiv olanların mükafatlandırılması həyata keçirilib.

Tədbirdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev və ABA-nın prezidenti Zakir Nuriyev də iştirak edib.

2016-cı ilin nəticələri üzrə qalib banklar aşağıdakılardır:

“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:

  • I yer “Bank of Baku” ASC;
  • II yer “Bank Respublika” ASC;
  • III yer “Accessbank” ASC.

“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:

  • I yer “Bank Respublika” ASC;
  • II yer “Turanbank” ASC;
  • III yer “Accessbank” ASC.

“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:

  • I yer “Unibank” ASC;
  • II yer “Bank of Baku” ASC;
  • III yer “Azərbaycan Beynəlxalq Bankı” ASC.

“Təmassız ödəniş kartları üzrə lider bank”:

  • I yer “Dəmirbank” ASC;
  • II yer “Unibank” ASC;
  • III yer “Atabank” ASC.

“Təmassız POS-temrinal infrastrukturu üzrə lider bank”:

  • I yer “Dəmirbank” ASC;
  • II yer “Unibank” ASC;
  • III yer “Azərbaycan Beynəlxalq Bankı” ASC.

Qeyd edək ki, banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə 2013-cü ildən bəri hər il nominasiya müsabiqəsi keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır