Mərkəzi Bank notlarının buraxılışı qeydiyyata alınıb

15 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50101056S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, sözügedən notların tədavül müddəti 28 gündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır