Mərkəzi Bank növbəti depozit hərracını elan edib – 14 APREL

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb. Bildirilib ki,  hərrac  14 aprel 2017-ci il tarixində keçiriləcək. Saat  11:00-11:15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 250 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Qeyd edək ki, hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 12,01%-14,99% aralığındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır