Mərkəzi Bankda ənənəvi olaraq “Qlobal Pul Həftəsi” çərçivəsində silsilə tədbirlər həyata keçirilib. Belə ki, 2017-ci il “Qlobal Pul Həftəsi” ərzində iqtisadi maarifləndirmə tədbirləri çərçivəsində uşaq bağçaları və məktəblilər, gənclər və orta məktəb müəllimləri üçün müxtəlif tədbirlər təşkil edilib. Bu tədbirlərə bağça və məktəblərə səfərlər, “Yığım” oyunları, universitet tələbələri üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər, “Həyat Bilgisi” fənnini tədris edən orta məktəb müəllimlərinə seminarlar və Facebook səhifəsində həştəq müsabiqəsi daxil edilib.
Qeyd edək ki, cari ildə 130-dan artıq ölkədə qeyd olunan “Qlobal Pul Həftəsi” 27 mart – 2 aprel tarixlərinə təsadüf edib.