Mərkəzi Bank tərəfindən növbəti depozit hərracı keçirilib

22.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Hərracda tələb 360,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,45% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır