Mərkəzi Bank tərəfindən “POS-terminal” haqqında animasiya hazırlanıb

Mərkəzi Bank tərəfindən 2011-ci ildən etibarən icra edilən əhalinin maliyyə savadlılığının artırılması tədbirləri 2015-ci ildən etibarən mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu məqsədlə yaradılmış maliyyə savadlılığı portalında (www.bizimpullar.az) mütəmadi olaraq yeni maarifləndirici animasiyalar yerləşdirilir.

BBN.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən “POS-terminal” haqqında animasiya hazırlanıb.  Qeyd olunan maarifləndirici materiallardan biri kimi hazırlanan “POS-terminal” adlı animasiyada nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyini nəzərə alaraq nağdsız ödənişlərin üstünlüyü və pos-terminaldan istifadə qaydaları ətraflı izah edilib.

Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz:

Xatırladırıq ki, Portal istifadəçilərin mobil cihaz və yaxud kompüter vasitəsilə hər anda rahat şəkildə maariflənməsinə xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrika yer almışdır. Həmçinin, xəbərlər bölməsinə daxil olaraq Mərkəzi Bankın maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır