Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirir.
Tender proseduru 21 avqust 2017-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında baş tutacaq.
Belə ki, iddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan (və həmin lisenziyasının 01 noyabr 2017-ci il tarixindən ən azı 12 (on iki) ay ərzində qüvvədə olması şərti ilə), müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.
Tender haqqında daha ətraflı məlumat almaq üçün keçidə daxil olun.