Mərkəzi Bank tender elan edir

Azərbaycan Respublikası Mərkəzi Bankı “Ani Ödənişlər Sistemi”nə (AÖS) dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının təchizatı, quraşdırılması və sistemin yaradılması üzrə açıq tender keçirir.

BBN.az xəbər verir ki, tender təkliflərinin açılış proseduru 25 aprel 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.

İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürməlidir.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 24 aprel 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 13 aprel 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.

 

Qeyd edək ki, tenderdə iştirakla bağlı ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır