Azərbaycan Respublikasının Mərkəzi Bankının Xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının və metal pul nişanlarının emalı üçün qəpiksayan sistemin satınalınması ilə əlaqədar elan edilmiş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə görə Tender Komissiyasının 17 iyul 2017-ci il tarixli qərarı ilə 1-ci lot üzrə “AaBaCus” MMC, “Halal-P” MMC və “9 №-li” kiçik müəssisə, 2-ci lot üzrə isə “Halal-P” MMC qalib elan edilmişdir. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.