Mərkəzi Bankdan növbəti depozit hərracı – 21 NOYABR

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb. Bildirilib ki, hərrac 21 noyabr 2016-ci il tarixində keçiriləcək.  11:00-11:15-də Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 50 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Qeyd edək ki, hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 12,01%-14,99% aralığındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır