Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb. Bildirilib ki, hərrac 03 fevral 2017-ci il tarixində keçiriləcək. Saat 11:00-11:15-də Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.
Qeyd edək ki, hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 12,01%-14,99% aralığındadır.