Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

4 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101367S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 788 035 200,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən olunub. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000000 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 02.05.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır