14 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının notları qeydiyyata alınıb. Notların hər birinin nominal dəyəri 100 manatdır. 2,000,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100258S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, notların tədavül müddəti 28 gündür.