16 Yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100373S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 12 investor tərəfindən 99.4004 AZN (7.76%) qiyməti olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 483,614,000.00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200, 000, 000. 00 AZN təşkil edib.
Notların ödəmə tarixi 13.02.2019-cu ildir.