Mərkəzi Bankın kotirovka sorğularının qalibləri bəlli olub

“Xalq qəzeti”nin 15 sentyabr 2017-ci il tarixli nömrəsində dərc edilmiş “Mərkəzi Bankın adına daxil olan və adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması xidmətinin satınalınması”, “Mərkəzi Banka məxsus inzibati binalarda təmir-bərpa işlərinin görülməsi” və “Mərkəzi Banka məxsus Bakı şəhəri M.Seyidov küçəsi 20 A ünvanında yerləşən inzibati binanın mühafizəsinin təşkil edilməsi” ilə bağlı kotirovka sorğularının nəticəsi açıqlanıb.

Belə ki, Satınalmalar Komissiyasının 26 sentyabr 2017-ci il tarixli qərarına əsasən birinci məsələ üzrə “FAMKO EKSPRES” MMC, ikinci məsələ üzrə “AĞCAKƏND-2012” MMC, üçüncü məsələ üzrə isə “İNAM ÖZƏL MÜHAFİZƏ ŞİRKƏTİ” MMC qalib elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır