“Mərkəzi Bankın adına daxil olan və adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması xidmətinin satınalınması” ilə bağlı kotirovka sorğusunun qalibi açıqlanıb.
Belə ki, Satınalmalar Komissiyasının 21 iyul 2017-ci il tarixli qərarına əsasən “ROYAL EXPRESS” MMC qalib elan edilib.
Qeyd edək ki, qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.