Azərbaycan Respublikasının Mərkəzi Bankının “süd məhsullarının satın alınması” və “qablaşdırılmış içməli 19 litrlik dispenser sularının satın alınması” ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibləri bəlli olub.
BBN.az-ın məlumatın əsasən, Satınalmalar Komissiyasının 26 dekabr 2017-ci il tarixli qərarına əsasən birinci məsələ üzrə “Atena” MMC, ikinci məsələ üzrə isə “Kristal Ltd” MMC qalib elan edilib. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.