22 fevral 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 milyon manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 35 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 12,375,600.00 AZN təşkil edib.
Sifarişlər 98.5632 AZN (14.9939%) və 99.7500 AZN (13.0198%) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.5632 AZN (14.9939%), orta ölçülmüş qiyməti – 98.5789 AZN (14.8277%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 22.02.2017 (t+0) tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 12,375,600.00 AZN manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 29 mart 2017-ci ildir.