Mərkəzi Bankın not yerləşdirməsinin nəticələri açıqlanıb

15 mart 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 milyon manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,303,100.00 AZN təşkil edib.

Sifarişlər 98.8472 AZN (14.9945%) və 98.8472 AZN (14.9945%) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9945%), orta ölçülmüş qiyməti – 98.8472 AZN (14.9945%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 15.03.2017 (t+0) tarixində həyata keçirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 26,303,100.00 AZN manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 12.04.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır