26 aprel 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100656S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 21,810,000.00 manat təşkil edib.
Sifarişlər 98.8848 manat (14.4999%) və 98.9312 AZN (13.8901%) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9312 manat (13.8901%), orta ölçülmüş qiyməti – 98.9312 manat (13.8901%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.04.2017 tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 25 000 000 manat məbləğində olub.
Notların ödəmə tarixi 24.05.2017-ci ildir.