Mərkəzi Bankın Not yerləşdirməsinin nəticəsi açıqlanıb

3 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100856S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 3 investor tərəfindən 4 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 52,602,700.00 manat təşkil edib.

Sifarişlər 98.8620 manat (14.7998%) və 98.8800 manat (14.5631%) qiymətində təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8620 manat (14.7998%), orta ölçülmüş qiyməti – 98.8628 manat (14.7893%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.05.2017 tarixində həyata keçirilib.Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, notların ödəmə tarixi 31.05.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır