Mərkəzi Bankın notları qeydiyyata alınıb

İyunnun  2-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50101356S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların tədavül müddəti 28 gündür.

MBNP tərəfindən həmçinin 30 may 2017-ci il tarixində Mərkəzi Bankın tədavül müddəti 29 gün və hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50101256S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır