Bakı Fond Birjasının məlumatına əsasən, 2 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100152S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64,236,300.00 AZN təşkil edib.
Sifarişlər 98.8475 AZN (14.9906%) və 98.9228 AZN (14.0005%) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8483 AZN (14.9801%), orta ölçülmüş qiyməti – 98.8687 AZN (14.7117%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.11.2016 (t+0) tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 50 000 000 manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 30.11.2016-cı ildir.