Mərkəzi Bankın notlarına tələb artıb

5 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100457S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi  100 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 7 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 320,429,500.00 manat təşkil edib. Sifarişlər 99.2278 manat  (10.01%) qiymətində təqdim olunub.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 manat (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 manat(10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.07.2017  tarixində həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, notların ödəmə tarixi 02.08.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır