Mərkəzi Bankın notlarına tələb təklifdən 2 dəfə çox olub

11 yanvar 2017-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 5 milyon manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 10 milyon AZN təşkil edib.

Sifarişlər 98.8475 AZN (14.9906%) və 99.0749 AZN (12.0052%) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 AZN (12.0052%), orta ölçülmüş qiyməti – 99.0749 AZN (12.0052%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Notların ödəmə tarixi 8 fevral 2017-cı ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır