Mərkəzi Bankın nümayəndəsi ilə “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu” arasında görüş keçirilib

01 May 2019-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin direktoru Əli Əhmədov ilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib. Görüşdə Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə  Ekspert Qrupunun sədri Aydın Hüseynov və qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.

BBN.az xəbər verir ki, görüş zamanı Mərkəzi Bankın pul siyasəti əməliyyatları o cümlədən depozit və not hərracları və banklararası bazarın inkişafına dair müzakirələr aparılmış və bankları maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır