3 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101473S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.3432 AZN (8.50%) ilə 99.4581 AZN (7.01%) arasında olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371,307,200.00 AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4581 AZN (7.01%), orta ölçülmüş qiyməti 99.4581 AZN (7.01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250,000,000.00 AZN təşkil edib.
Notların ödəmə tarixi 01.05.2019-cu ildir.