Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

19 mart 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət qeydiyyat №-si50101273S
Hərraca çıxarılan həcm300 000 000 AZN
Notun nominal dəyəri100 АZN
Notların tədavül müddəti 29 gün
Ödəmə tarixi17.04.2019

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır