Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

23 Yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100473S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%)  olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 618,123,100.00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300, 000, 000. 00 AZN təşkil edib.

Notların ödəmə tarixi 20.02.2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır