Mərkəzi Bankın “Tədqiqat bülleteni”nin növbəti nömrəsi hazırlanmışdır

Mərkəzi Bankın elektron nəşri olan “Tədqiqat bülleteni”nin 2016-cı il üzrə birinci nömrəsi Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.

Bülletendə dünya iqtisadiyyatında baş verən son iqtisadi proseslərin icmalı verilmiş, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər təhlil olunmuşdur.

Burada həmçinin dinamik stoxastik ümumi tarazlıq modellərindən istifadə üzrə mərkəzi bankların təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri verilmişdir.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilmişdir.

Bülletenin maliyyə savadlığı bölməsində təhsil məzunlarının maliyyə savadının onların məşğulluq seçiminə təsiri təhlil edilmişdir. İqtisadi sözlük bölməsində isə pul siyasəti çərçivələrindən və ayrı-ayrı ölkələrin bu sahədəki təcrübəsindən bəhs olunmuşdur.

Bülleteni buradan yüklə: Tədqiqat bülleteni N-1, 2016

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır