Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

8 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100165S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 544 503 500,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000 000,00 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 06.12.2017-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır