“Mərkəzi hökumət kölgə iqtisadiyyatından formal iqtisadiyyata keçidi piroritet kimi müəyyən etməlidir”

“Əvvəla mərkəzi hökumət kölgə iqtisadiyyatından formal iqtisadiyyata keçidi piroritet kimi müəyyən etməlidir. Biz maliyyə savadlığını inkişaf etdirməliyik həm sahibkarlar həmdə istehlakçılar üçün, bu səbəbdən müvafiq təlimlər keçirməliyik. Vergilərdə dəyişiklik olmalıdır. Burada bir sehirli çubuq yoxdur. Müxtəlif təşəbbüslər olmalıdır. Bunun üçün pilot layihələr həyata keçiririk. Hansı uğurlu olsa onu həyata keçirəcəyik”.

Bu sözləri Dünya Bankı Qrupunun rəqəmsal maliyyə xidmətləri üzrə eksperti Jose M. Moreno De Barreda “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri layihəsi”nin açılışına həsr olunmuş tədbirdə qeyd edib.

Azərbaycanda kölgə iqtisadiyyatından formal iqtisadiyyata keçid üçün bu layihənin hansı əhəmiyyəti olmasından danışan ekspert həyata keçiriləcək pilot layihələr haqqında məlumat verib.

“Hələ pilot layihələrin nələrdən ibarət olacağı dəqiqləşməyib. Amma bu layihələrin daha çox kənd yerlərində həyata keçiriləcəyi planlaşdırılır. Pilot layihələr Azərpoçt vasitəsilə həyata keçirilə bilər. Ilk növbədə Bakı şəhərindən başlayacağıq. Bu pilot layihərdən öyrəndiklərimizi kənd yerlərində həyata keçirəcəyik” deyə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır