2017-ci ilin 31 may – 2 iyun tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən 24-cü BMT-INTOSAI Simpoziumunda Rusiya Federasiyası Hesablama Palatası tərəfindən hazırlanmış və kənardan (məsafədən) audit fəaliyyətini aparılmasına imkan verən elektron sistemin təqdimatı olub. Sözügedən sistemə 30-dan artıq dövlət təşkilatının 130-dan artıq informasiya sistemi inteqrasiya edib.
Bu sistemin köməyilə 2016-cı il ərzində 3200-dən artıq obyekt audit olunub, 4000-ə yaxın maliyyə pozuntusu aşkar edilib. Onlardan 600 pozuntu sırf sistem tərəfindən avtomatik müəyyən edilmiş pozuntudur. Müəyyən edilmiş maliyyə pozuntularının ümumi məbləği 900 mlrd. rubldan çox olub.